...

Frederik Starr: Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələri öz aralarında əməkdaşlığı gücləndirməlidirlər

Siyasət Materials 8 Aprel 2013 11:46 (UTC +04:00)
Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ölkələri ABŞ, Çin, Rusiya yaxud Aİ kimi xarici oyunçuların təsiri olmadan öz aralarında əməkdaşlığı gücləndirməlidirlər.
Frederik Starr: Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələri öz aralarında əməkdaşlığı gücləndirməlidirlər

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əliyev /

Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ölkələri ABŞ, Çin, Rusiya yaxud Aİ kimi xarici oyunçuların təsiri olmadan öz aralarında əməkdaşlığı gücləndirməlidirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iclasında çıxışı zamanı Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun rəhbəri Frederik Starr bildirib.

Onun sözlərinə görə, regionların bir-birləri ilə qarşılıqlı təsir səviyyəsini artıra bilmələri çox vacibdir.

"Bu regionlara kimin daxil olmasına dair sual yaranır və buna aydınlıq gətirilməsi lazımdır. Əlbəttə, Cənubi Qafqazın üç dövləti və Mərkəzi Asiyanın beş keçmiş respublikası regionlara daxildir, lakin uzun müddət ərzində bu regionun bir hissəsi olmuş, ona qarşılıqlı təsir edən və regionun ölkələri ilə iqtisadi və mədəni əlaqələrə malik olan Əfqanıstanı da daxil etmək istərdim", - Starr deyib.

Bazar ertəsi Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iclası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti