...

Davos Forumunun Bakıda keçirilməsi iqtisadi və siyasi qələbədir

Siyasət Materials 8 Aprel 2013 16:28 (UTC +04:00)
Dünya İqtisadi Forumunun ən vacib regional tədbirlərindən biri bu ilin aprel ayının 8-də Azərbaycan paytaxtı Bakıda keçirilir. Bu razılıq Azərbaycan Prezidenti İlham Əliyev və Davos Dünya İqtisadi Forumunun yaradıcısı, icraçı sədri Klaus Şvab ilə 2013-cü il yanvar ayının 23-dən 27-dək Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunun illik sessiyasında əldə edildi.
Davos Forumunun Bakıda keçirilməsi iqtisadi və siyasi qələbədir

Arzu Nağıyev - Trend-in icmalçısı

Dünya İqtisadi Forumunun ən vacib regional tədbirlərindən biri bu ilin aprel ayının 8-də Azərbaycan paytaxtı Bakıda keçirilir. Bu razılıq Azərbaycan Prezidenti İlham Əliyev və Davos Dünya İqtisadi Forumunun yaradıcısı, icraçı sədri Klaus Şvab ilə 2013-cü il yanvar ayının 23-dən 27-dək Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunun illik sessiyasında əldə edildi.

Forumun məhz Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması kimi mühüm hadisədir və Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcək amillərdəndir, cünki bu forum təkcə müzakirələr üçün kürsü deyil, eyni zamanda, iqtisadi və siyasi tədqiqatlar üçün bir imkandır.

Bakıda keçirilən forumda, əsasən, dünyada tanınan iş adamları, siyasi liderlər, görkəmli ziyalılar və aparıcı jurnalistlər iştirak edirlər.

Tədbirdən əvvəl İlham Əliyev Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabı qəbul edib. Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəmi qeyd olundu, Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunuldu. Qeyd olundu ki, Dünya İqtisadi Forumu Bakıda uğurla keçiriləcək və bu tədbir iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcək.

Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd etdi: "Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ öz iqtisadiyyatının şaxələndirilməsidir".

Yəni məlumdur ki, Azərbaycan iqtisadiyyatının energetika sahəsi xarici sərmayələr üçün daha cəlbedicidir, məhz bundan istifadə edərək, Azərbaycanın təkcə təbii sərvətlərlə zəngin ölkə deyil, həm də iqtisadiyyatda islahatlar aparmağa qadir bir ölkə olduğunu göstərməkdir.

Prezident çıxışında qeyd etdi ki, "20 il təbii ki, tarix baxımından elə də böyük dövr deyil, ancaq bu eyni zamanda əsl transformasiyalar dövrü olub".

Həqiqətən də son 10 il ərzində bir hissəsini xarici sərmayələr təşkil etməklə ölkəyə 130 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb, iqtisadiyyat üç dəfə artırılıb, müasir sosial-iqtisadi infrastrukturlar yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib.

Dövlət büdcəsi 2003-cü ildə 1,5 milyard dollar təşkil edirdisə, 2013-cü ildə 25 milyard dollara çatdırıldı, bir milyondan çox yeni iş yeri yaradıldı, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salındı, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötdü.

Azərbaycana məxsus "Azerspace 1" peykinin uğurla orbitə çıxarılması əlbəttə ki, Azərbaycanın kosmik sənayə sahəsində inkişafının böyük uğurudur.

Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, "son dövrlərdə ən əhəmiyyətli hadisələrdən biri də Azərbaycanın təşəbbüskarı olduğu və bizim tərədaşlarımız olan Türkiyə və Gürcüstanın aktiv şəkildə dəstəklədiyi TANAP layihəsi üzrə razılaşmanın imzalanmasıdır".

İlham Əliyevin bu fikri, ölkəmizin və regionun potensial ehtiyatlarını nəzərə alaraq, regional əməkdaşlığa yalnız siyasi cəhətdən sabit və inkişaf edən ölkələrdə nail olmağın mümkünlüyünə, iştirakçı ölkələrin bu proseslərə müsbət münasibət göstərmələrinə, əməkdaşlığa, insanların rifahı naminə müsbət nəticə verəcək səylərin əldə edilməsinə şərait yaradacağına əminlikdir.

Bir daha qeyd etmək yerinə düşərdi ki, keçirilən forum tək müzakirələr üçün kürsü deyil, həm də ölkə iqtisadiyyatını təmsil edən sahibkarlıq subyektlərinə nailiyyətlərinin nümayişinə imkan verən mühüm məkan, iqtisadi və siyasi tədqiqatların dünyaya çatdırılması üçün yaranan bir imkandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti