...

İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət Materials 8 Aprel 2013 17:01 (UTC +04:00)
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəminin vurğulandığı görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, bu əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi.
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusu qəbul etmişdir.

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin önəminin vurğulandığı görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, bu əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi.

Görüşdə, həmçinin son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamik şəkildə artdığı qeyd edildi, sərmayə qoyuluşu, enerji və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti