...

Ermənistan ordusu döyüş hazırlığına gətirilib

Siyasət Materials 8 Aprel 2013 17:21 (UTC +04:00)
Ermənistan Müdafiə Nazirliyinin döyüş növbətçiliyi həyata keçirməyən hərbi hissələri Serj Sarkisyanın sabah keçiriləcək inauqurasiya mərasimi ilə əlaqədar ilkin döyüş hazırlığına gətirilib.
Ermənistan ordusu döyüş hazırlığına gətirilib

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Ermənistan Müdafiə Nazirliyinin döyüş növbətçiliyi həyata keçirməyən hərbi hissələri Serj Sarkisyanın sabah keçiriləcək inauqurasiya mərasimi ilə əlaqədar ilkin döyüş hazırlığına gətirilib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Hərbçilər zərurət yaranacağı halda hansı mövqeləri tutacaqları və hansı tapşırığı alacaqları barədə təlimat alıblar.

Məlumata görə, bu əmri Yerevan və paytaxta yaxın yerlərdə yerləşən hərbi hissələr alıblar.

Qeyd edək ki, aprelin 9-da Ermənistan prezidentliyinə sabiq namizəd Raffi Ovannisyan və tərəfdarları Yerevanda böyük nümayiş və yürüş keçirməyə hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti