...

Ermənistan polisi müxalifət nümayəndələrinin yürüşünə mane olur

Siyasət Materials 9 Aprel 2013 16:55 (UTC +04:00)
Fevralın 18-də keçirilən prezident seçkilərinin nəticələrini tanımayan Raffi Ovannisyanın "İrs" partiyasının tərəfdarları dövlət başçısının iqamətgahının yerləşdiyi Baqramyan prospektinə yürüş etmək istəyirlər, lakin polis onların yolunu bağlayıb.
Ermənistan polisi müxalifət nümayəndələrinin yürüşünə mane olur

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Fevralın 18-də keçirilən prezident seçkilərinin nəticələrini tanımayan Raffi Ovannisyanın "İrs" partiyasının tərəfdarları dövlət başçısının iqamətgahının yerləşdiyi Baqramyan prospektinə yürüş etmək istəyirlər, lakin polis onların yolunu bağlayıb. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Ovannisyan polislərə bildirib ki, o, dinc aksiya keçiriləcəyinə zəmanət verir. Hazırda etirazçılar Dəmirçiyan və Baqramyan küçələrinin kəsişməsində dayanıblar.

Ovannisyan aksiyanın keçirilməsinə qoyulan qadağanın səbəblərini aydınlaşdırmağı tələb edir.

"Biz şəhərin küçələrində azad hərəkət etmək hüququna malikik. Sizin hərəkətləriniz və sözləriniz qəbuledilməzdir, - o polis əməkdaşlarına deyib. - Şəhər ərazisində hərəkət etmək bizim konstitusiya ilə təsbit olan hüququmuzdur. Prezident iqamətgahının yerləşdiyi Baqramyan prospekti, 26 ünvanı da xalqa məxsusdur. Mən ali baş komandan Serj Sarkisyan və mənim hörmət etdiyim Seyran Ohanyana (müdafiə naziri) müraciət edirəm ki, onlar əsgərləri xalqın üstünə göndərməsinlər.

O, öz tərəfdarlarını təxribatlara uymamağa çağırıb: "Əgər indi polis yolları açsa, biz Azadlıq meydanına gedəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti