...

Azərbaycan dilinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edildi

Siyasət Materials 9 Aprel 2013 18:54 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan dilinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edildi

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Prezident İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Nazirlər Kabinetinə həvalə edilib.

Nazirlər Kabinetinə Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti