...

Sergey Lavrov: Rusiya Koreya yarımadasında sülhə nail olmağa çalışacaq

Siyasət Materials 10 Aprel 2013 00:16 (UTC +04:00)
Rusiya Koreya yarımadasında sülhə nail olmağa çalışacaq. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Sergey Lavrov: Rusiya Koreya yarımadasında sülhə nail olmağa çalışacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Rusiya Koreya yarımadasında sülhə nail olmağa çalışacaq. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Məlumatda bildirilir ki, Rusiya bu istiqamətdə altıtərəfli danışıqların bütün üzvlərilə - KXDR, ABŞ, Yaponiya, Koreya Respublikası ilə danışıqlar aparır.

Nazir deyib ki, hazırki vəziyyətin ağırlaşmasına yol vermək olmaz.

"Hərbi güclə bağlı bütün addımlardan imtina edilməlidir" - deyən Sergey Lavrov əlavə edib ki, buna ABŞ-ın raket sınağından imtina etməsini misal göstərmək olar.

Lavrov bununla yanaşı deyib ki, Rusiya münaqişədə hansısa tərəfi müdafiə etməyəcək.

Nazirin sözlərinə görə, Rusiyanın KXDR ilə birgə təlimlər keçirməyə hazırlaşması haqqında bəyanatların da əsası yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti