...

NATO-nun baş katibi Rasmussen Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək

Siyasət Materials 10 Aprel 2013 06:11 (UTC +04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen aprel ayının 11-16 tarixlərində Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək.
NATO-nun baş katibi Rasmussen Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend/

NATO-nun baş katibi Anders Foq Rasmussen aprel ayının 11-16 tarixlərində Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək. Trend-in RİA Novosti-yə istinadən yaydığı xəbərdə deyilir ki, bir müddət öncə Şimali Koreyanın Asiya-Sakit okean regionu üzrə nümayəndəsi bütün xarici vətəndaşları Cənubi Koreya ərazisini tərk etməyə səsləyib.

Məlumatda deyilir ki, buna qədər KXDR elan etmişdi ki, aprel ayının 10-dan sonra xarici diplomatların təhlükəsizliyinə zəmanət verə bilməyəcək.

Qeyri-rəsmi məlumatlara görə, Şimali Koreya ballistik raketlərini ölkənin şərq hissəsinə köçürüb. Ekspertlərin fikrincə, bu, sınaq raket buraxılışı ilə bağlı ola bilər.

Qeyd edək ki, artıq Yaponiya da təhlükəsizlik tədbirləri çərçivəsində Tokionu qorumaq üçün raketdən müdafiə sistemini hazır vəziyyətə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti