...

Cümşüd Nuriyev: Prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır

Siyasət Materials 10 Aprel 2013 15:47 (UTC +04:00)
Azərbaycanın siyasi eksperti hesab edir ki, qarşıdan gələn prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır.
Cümşüd Nuriyev: Prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın siyasi eksperti hesab edir ki, qarşıdan gələn prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır.

"Yəni müxalifət seçkiyə "buket"lə gəldiyinə görə indidən iqtidarın namizədini təbrik etmək olar", - bunu Trend-ə siyasi ekspert Cümşüd Nuriyev deyib.

O vurğulayıb ki, vahid namizəd məsələsində müxalifət bir araya gələ bilmədi və gələ bilməyəcəyi də əvvəlcədən praqnozlaşdırılmışdı.

"Amma müxalifətin bir-birinə bu dərəcədə düşmən kəsildiyini açığı gözləmirdim. Əgər bir ölkənin müxalifətində olan liderlər bir-birinə etibar etmir və bir-birilərini müxtəlif xarici dövlətlərə işləməkdə suçlayırlarsa, onda xalq neyləməlidir?", - Nuriyev qeyd edib.

O qeyd edib ki, bir az kobud çıxsa da, Azərbaycan müxalifətini "saxta" müxalifət adlandırmaq olar.

Nuriyevin hesab edir ki, fikirlə müxalifət olmaq hələ müxalifət olmaq deyil.

"Müxalifət dünyanın hər yerində siyasi dəsti-xəttlə müxalifət olur. Kimlərisə küçəyə tökməklə, kimlərisə döydürməklə, özü arxada durmaqla müxalifət olmaz", - Nuriyev deyib.

O hesab edir ki, bu, müxalifətçilik yox, çayxana səviyyəsində düşüncə tərzindən doğan bir şeydir.

Nuriyev qeyd edib ki, əvvəllər gün ərzində heç olmasa 12 saatlıq müxalifət var idi, indi 6 saatlıqa keçib, müxalifətin sifəti gündə 4 dəfə dəyişir.

"Xalq 24 saat olanı qəbul edir, 6 saatı qəbul etmir. Qalan 18 saatı müxalifət kim olmalıdır? Bu nə müxalifətçilikdir? Gah bitərəf olurlar, gah Amerikanın, gah Rusiyanın, gah da digər ölkələrin adamı olurlar", - politoloq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti