...

Hakim partiya: Hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə nifrət etməlidir

Siyasət Materials 10 Aprel 2013 14:02 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının hər biri Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə və təfəkkürünə görə ona nifrət etməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, icra katibi Əli Əhmədov deyib.
Hakim partiya: Hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə nifrət etməlidir

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət, E.İsmayılov/

Azərbaycan vətəndaşlarının hər biri Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə və təfəkkürünə görə ona nifrət etməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası Sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.

"Özünü azərbaycanlı ziyalı adlandıran Rüstəm İbrahimbəyov Qarabağ torpağının Azərbaycanın olduğuna şübhə ilə yanaşır. Belə hesab edirəm ki, bu, Azərbaycanın milli maraqlarına, Qarabağ savaşına vurulan çox ciddi bir zərbədir", Əhmədov Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyinə müsahibəsini şərh edərkən bildirib.

YAP rəsmisi çox təəssüf hissi ilə qeyd edib ki, belə bir adam öz ətrafına digər ziyalıları toplayıb siyasi proseslərə qoşulmaq niyyətindədir.

"Belə çıxır ki, siyasi iddialarını ortaya qoyan bir adam Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasına şübhə ilə yanaşırsa, onun siyasi strategiyası da, siyasi məfkurəsi də yalnız bu prinsiplər əsasında formalaşacaq. Mən bunu qətiyyətlə pisləyirəm. Bunu Azərbaycan mövqelərinin ermənilər qarşısında satılması hesab edirəm", Əhmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti, hər bir Azərbaycan vətəndaşı Rüstəm İbrahimbəyovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibətini bildirməlidir.

"Mən düşünmürəm ki, Azərbaycanda elə bir vətənpərvər tapılsın ki, o desin ki, Dağlıq Qarabağ ermənilərindir. Dağlıq Qarabağ problemi ilə əlaqədar hər bir vətənpərvər azərbaycanlı üçün Azərbaycanın maraqlarına bundan artıq zərbə vuracaq bir fikir təsəvvür etmək mümkün deyil. Ermənilər Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın vəziyyətdədir. 20 ildən artıqdır ki, azərbaycanlı qaçqınlar ağır vəziyyətdə yaşayırlar. Azərbaycan hökuməti bu problemi həll etmək üçün böyük səylər göstərir. Sübut etməyə çalışırıq və nail oluruq ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycan torpağı olmadığını ermənilərdən savayı kimsə qəbul etmir. Dağlıq Qarabağın Azərbaycan torpağı olmasına dünyada kimsə şübhə ilə yanaşmır. Bütün dünya bu gün Dağlıq Qarabaq probemini həll etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin üzərində düşünür", Əhmədov bildirib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyində müsahibəsi dərc olunub. İbrahimbəyov müsahibədə SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirib. O, qeyd edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti