...

İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 10 Aprel 2013 14:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin son illər uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, bu münasibətləri iqtisadi sahədə də genişləndirməyin önəmi qeyd olundu.

Həmçinin görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əlaqələrimizin gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti