...

Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarına maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 10 Aprel 2013 18:43 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarına maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Prezident İlham Əliyev Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təmiri və müasir avadanlıqla təchiz olunması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 (hər institut üçün 1) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti