...

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib

Siyasət Materials 10 Aprel 2013 22:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nın 5.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"5.1. Məcəllənin 222.1-ci, 222.2-ci, 246-cı, 247-ci, 248-ci, 249-cu və 325-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - vergilər naziri, onun müavinləri, Nazirliyin aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi, onun müavinləri, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi, onun müavinləri, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, onun müavinləri, Bakı şəhəri Vergilər Departamentinin rəisi, onun müavinləri, ərazi vergilər idarələrinin rəisləri, onların müavinləri, rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi aparatının rəhbəri, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri".

Xəbər lenti

Xəbər lenti