...

Azərbaycan Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol” təsdiq edildi

Siyasət Materials 10 Aprel 2013 22:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol”un təsdiq edilməsi barədə Fərman imzalayıb.
Azərbaycan Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol” təsdiq edildi

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış "Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv edilməsi haqqında Protokol"un təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, 2012-ci il sentyabrın 28-də Yalta şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış "Neft və Qaz üzrə Hökumətlərarası Şuranın ləğv
edilməsi haqqında Protokol" təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etməlidir.

Xəbər lenti

Xəbər lenti