...

Sergey Lavrov: Rusiya Gürcüstanla ticarət əlaqələrini genişləndirməyə hazırdır

Siyasət Materials 11 Aprel 2013 03:36 (UTC +04:00)
Gürcüstanın hazırkı hökumətinin praqmatizmi Rusiya hakimiyyətini heyran edir, Moskva Tbilisi ilə ticarət, mədəniyyət və idman sahələrində əvvəlki əlaqələrini genişləndirməyə hazırdır, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Bu barədə RİA Novosti məlumat verir.
Sergey Lavrov: Rusiya Gürcüstanla ticarət əlaqələrini genişləndirməyə hazırdır

Azərbaycan, Bakı, 11 aprel /Trend /

Gürcüstanın hazırkı hökumətinin praqmatizmi Rusiya hakimiyyətini heyran edir, Moskva Tbilisi ilə ticarət, mədəniyyət və idman sahələrində əvvəlki əlaqələrini genişləndirməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Bu barədə RİA Novosti agentliyi məlumat verir.

"Bidzina İvanişvili hökuməti tərəfindən münasibətlərə yanaşma praqmatizmi bizi heyran edir. Biz ticarətin genişləndirilməsi ilə yanaşı əvvəlki illərdəki kimi mədəniyyət, humanitar və idman sahələrində əlaqalər saxlamağa hazırıq". Lavrov RTV telekanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya politoloqları, alimləri, o cümlədən MDBMİ və Diplomatik Akademiyanın nümayəndələri müxtəlif konfranslarda iştirak etmək üçün Gürcüstana səfər edirlər.

Gürcü artistləri teatr festivallarında iştirak etmək üçün müntəzəm olaraq bizə gəlirlər. Zənnimcə, bu dostluq heç vaxt itməyib, lakin hazırda çox bir ciddi sınaqdan keçir",- nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti