...

Əli Əhmədov: Xalq İlham Əliyevi dəstəkləyir və onu növbəti beş ildə də prezident kimi görmək istəyir

Siyasət Materials 11 Aprel 2013 12:49 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası ölkə üzrə səfərbər edilib. Trend-in məlumatına görə, bunu cümə axşamı YAP-ın Sədr müavini, icra katibinin müavini, deputat Əli Əhmədov YAP-ın Sabunçu rayon təşkilatında ilk partiya təşkilatlarının sədrləri ilə görüşündə çıxışı zamanı deyib.
Əli Əhmədov: Xalq İlham Əliyevi dəstəkləyir və onu növbəti beş ildə də prezident kimi görmək istəyir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası ölkə üzrə səfərbər edilib. Trend-in məlumatına görə, bunu cümə axşamı YAP-ın Sədr müavini, icra katibi, deputat Əli Əhmədov YAP-ın Sabunçu rayon təşkilatında ilk partiya təşkilatlarının sədrləri ilə görüşündə çıxışı zamanı deyib.

Əhmədov deyib ki, YAP-ın prezident seçkilərində namizədi birmənalı şəkildə İlham Əliyev olacaq.

YAP rəsmisi bütün partiya təşkilatlarının seçkilərlə bağlı hazırlığa başladığını bildirib.

"Xalq, cəmiyyət İlham Əliyevi dəstəkləyir və onu növbəti beş ildə də prezident kimi görmək istəyir", Əhmədov çıxışında bildirib.

Əhmədov Azərbaycanın ötən illər ərzində əldə etdiyi inkşafdan, iqtisadiyyatın artımından danışıb. O qeyd edib ki, bu inkişafı hər bir ailə görür və hiss edir.

Əhmədov vurğulayıb ki, bütün bunların hamısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətlə əlaqədardır.

"İnsanların sosial rifahının artması, iqtisadiyyatın bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib", - Əhmədov deyib.

Görüş zamanı Əhmədov ilk partiya təşkilatları rəhbərlərinə seçki kampaniyasında təşkilat və təbliğat işlərini gücləndirməyi tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti