...

XİN: Slovakiya və Azərbaycanın əməkdaşlığı tərəfdaşlıq səviyyəsinədək genişləndirmək üçün hər cür imkanları var

Siyasət Materials 11 Aprel 2013 13:25 (UTC +04:00)
Slovakiya və Azərbaycanın aralarındakı əməkdaşlığı tərəfdaşlıq səviyyəsindək genişləndirmək üçün hər cür imkanları var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Slovakiyanın xarici işlər naziri Miroslav Layçek azərbaycanlı həmkarı Elmar Məmmədyarovila görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında deyib.
XİN: Slovakiya və Azərbaycanın əməkdaşlığı tərəfdaşlıq səviyyəsinədək genişləndirmək üçün hər cür imkanları var

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir S. Ağayeva/

Slovakiya və Azərbaycanın aralarındakı əməkdaşlığı tərəfdaşlıq səviyyəsinədək genişləndirmək üçün hər cür imkanları var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Slovakiyanın xarici işlər naziri Miroslav Layçek azərbaycanlı həmkarı Elmar Məmmədyarovila görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

"Səfərimdən sonra dərhal həyata keçirilməyə başlanılacaq bir sıra konkret razılaşmalar və addımlar var. Biz beynəlxalq məsələlər üzrə də əməkdaşlığı davam etdirəcəyik", - Layçek qeyd edib.

Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, slovakiyalı həmkarı ilə ikitərəfli və beynəlxalq məsələlər üzrə intensiv fikir mübadiləsi aparıb.

"Biz iqtisadi əməkdaşlığı müzakirə etdik, hesab edirik ki, bu əməkdaşlıq mövcud imkanlara cavab vermir", - nazir qeyd edib.

Slovakiya XİN rəhbəri Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində çərşənbə günü Bakıya səfərə gəlib.

Tərəflər ikitərəfli sənədlərin hazırlanması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti