...

MSK qərar qəbul etdi

Siyasət Materials 11 Aprel 2013 17:05 (UTC +04:00)
Trend-in məlumatına görə, iclasda seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Seçki Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı qərar qəbul olunub.
MSK qərar qəbul etdi

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) cümə axşamı iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Seçki Məcəlləsinə uyğunlaşdırılması ilə bağlı qərar qəbul olunub.

Məsələ ilə bağlı məlumat verən MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, hazırda seçici siyahılarının hazırlanması prosesi gedir və seçici siyahıları təhvil verildikdən sonra 2 ay müddətində bu uyğunlaşdırmalar həyata keçiriləcək.

İclasda, həmçinin Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti