...

İlham Əliyev bir sıra ölkələrlə imzalanmış sənədləri təsdiq edib

Siyasət Materials 11 Aprel 2013 17:23 (UTC +04:00)
Prezident İlham Əliyev 2012-ci il noyabrın 28-də Madrid şəhərində imzalanmış “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında” sazişi təsdiq edib.
İlham Əliyev bir sıra ölkələrlə imzalanmış sənədləri təsdiq edib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Prezident İlham Əliyev 2012-ci il noyabrın 28-də Madrid şəhərində imzalanmış "Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında" sazişi təsdiq edib.

Dövlət başçısının təsdiq etdiyi sənədlər arasında 2012-ci il dekabrın 17-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası və Argentina Respublikası arasında vergi məlumatlarının mübadiləsi haqqında" saziş və "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsi də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti