...

Xaricdən müxalifətin rüşvətlə ələ alınması təcrübəsinin tətbiqi

Siyasət Materials 12 Aprel 2013 11:28 (UTC +04:00)
Bu gün dünyaya “demokratiya dərsi” keçən bəzi Qərb dövlətlərinin maliyyələşdirdiyi təşkilatlar digər ölkələrin daxilində ictimai-siyasi sabitliyi pozmağa yönəlik fəaliyyətlə məşğuldurlar. Demokratiyanın inkişafına yönəldilən kapital əslində özlərinin milli maraqlarına xidmət etmək üçün xərclənilir. Bununla paralel öz qanunvericiliklərində bu istiqamətdə fəaliyyətə qadağa qoyulur.
Xaricdən müxalifətin rüşvətlə ələ alınması təcrübəsinin tətbiqi

Arzu Nağıyevin bloqundan

Bu gün dünyaya "demokratiya dərsi" keçən bəzi Qərb dövlətlərinin maliyyələşdirdiyi təşkilatlar digər ölkələrin daxilində ictimai-siyasi sabitliyi pozmağa yönəlik fəaliyyətlə məşğuldurlar. Demokratiyanın inkişafına yönəldilən kapital əslində özlərinin milli maraqlarına xidmət etmək üçün xərclənilir. Bununla paralel öz qanunvericiliklərində bu istiqamətdə fəaliyyətə qadağa qoyulur.

ABŞ Federal Seçki Komissiyasının rəsmi sənədlərindən sitat: "Xarici ölkələrin vətəndaşları tərəfindən ABŞ vətəndaşlarının siyasi fəaliyyəti üçün maliyyə xərclərinin ayrılmasına qadağa qoyulması" haqqında qanuna daxili təhlükəsizlik baxımından "Xarici subyektlərin qeydiyyatı agentliyinin (Foreign Agents Registration Act (FARA) aktı" əlavə edilib.

FARA-nın məqsədi ABŞ-da keçirilən seçkilərə təsirin minimuma endirilməsi və xarici vətəndaşlara bir sıra qadağaların qoyulmasıdır. Bu da öz növbəsində, 1974-cü ildən seçki kampaniyası haqqında federal qanunda öz əksini tapıb, yəni hər hansı federal, dövlət və ya yerli seçkilər kontekstində istənilən xarici maliyyə təşkilatlarının rüsum və ya ianələri, maddi yardımı qanunla qadağan edilir.

"Xarici hüquqi və fiziki şəxslərin vasitəsilə" dedikdə, xarici hökumətlər, siyasi partiyalar, korporasiyalar, assosiasiyalar, xarici vətəndaşlar və ya "yaşıl kartı" olmayan immiqrantlar da nəzərdə tutulur. Amerika cəmiyyəti kimliyindən asılı olmayaraq, seçkilərin maliyyələşdirilməsi ilə bağlı müxtəlif hüquqi pozuntuları ənənəvi olaraq korrupsiyanın təzahürləri sayır.

Yalnız yerli seçkilər üçün maddi vəsaitin qəbul edilməsi deyil, ABŞ tərəfindən digər ölkələrdəki seçkilərə maliyyə vəsaitinin ayrılması da korrupsiyadır. Bu halda ABŞ qanunvericiliyi seçki kampaniyalarının maliyyələşdirilməsini və xarici siyasi partiya və onların əməkdaşlarını da qeyri-qanuni elan edir.

Bu baxımdan Azərbaycanın siyasi və ictimai təşkilatlarının rüşvətlə, müxtəlif qrantlarla ələ alınması da korrupsiyanın bir növüdür. Nəticədə, demokratik siyasi sistemin və vətəndaş cəmiyyəti prinsiplərinin təhrif edilməsi baş verir. Eyni zamanda, ortaya bir sıra siyasi və ictimai strukturlar çıxır və öz fəaliyyətlərini qərbyönlü vasitə və tələblərlə qurmağa çalışır. Bir müddətdən sonra bu "təşkilatlar" və onların rəhbərləri məqsəd və məramlarını, sıravi üzvlərin marağını, münasibətlərin kəskinləşməsini belə nəzərə almadan, xarici himayədarlarının tələbinə və istəyinə uyğun olaraq dəyişilirlər.

Əsas məqsəd isə Qərbin "xoşuna" gəlmək, bunun sayəsində növbəti maddi yardımı əldə etmək olur.

Bundan əlavə, müxalifət müxtəlif oliqarxlar tərəfindən, çox vaxt ölkədən bu və ya digər cinayətlərinə görə qaçıb getmiş, axtarışda olan şəxslər tərəfindən də maliyyələşdirilir. Həmin şəxslər kütləvi informasiya vasitələrinə müsahibələr verir, hətta bəzən öz iştiraklarını şişirdirlər.

Bəzən də elə olur ki, edilən yardımların mənbəyini gizlətmək üçün oliqarxların adından istifadə edilir.

Yekunda belə bir nəticəyə gəlmək olar:

1. Müxalifətin sıravi üzvlərinin fikrincə, liderlərinin korrupsiya praktikaları fəaliyyətlərinə güclü zərər vurur və müxalifətin klassik Qərb ölçüləri ilə inkişafına imkan vermir.

2. Liderlər varlandıqca təşkilatdan qopmalar başlayır, daxili çəkişmələr artır və demək olar ki, heç bir siyasi iş getmir.

3. Müxalifətin siyasi rüşvətbazlığı oliqarxlar tərəfindən ikrah hissinə səbəb olur və onun sıravi üzvləri belə normal qəbul edilmirlər.

Araşdırmalar göstərir ki, Qərbin verdiyi ianələr bir qayda olaraq sıravi üzvlərə deyil, vasitəçi dəllallar və liderlərin cibində qalır.

Vətəndaş cəmiyyətləri və dövlətçilik baxımından müxalifətin yardım və ianə siyasəti ictimai təşkilatların strukturlarının nüfuzdan salınmasına, demokratik dəyərlərin təhrif edilməsinə, siyasi sistemin gülünc vəziyyətə düşməsinə gətirib çıxarır.

Buna görə də seçki ili olduğunu nəzərə alaraq, vətəndaş cəmiyyəti hüquq mühafizə orqanları ilə birgə bu proseslərə diqqətini artırmalı və qeyri-hökumət təşkilatları, müxalifət, biznes fəaliyyəti ilə məşğul olan digər qurumlara nəzarəti gücləndirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti