...

MDB müsəlmanları Bakıya toplaşır

Siyasət Materials 12 Aprel 2013 18:18 (UTC +04:00)
Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
MDB müsəlmanları Bakıya toplaşır

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə cümə günü Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin sədri olduğu MDB müsəlmanları Məşvərət Şurasının iclası 16-17 aprel tarixlərində keçiriləcək.

İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti