...

YAP ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi məqsədilə geniş fəaliyyət proqramı hazırlayıb

Siyasət Materials 13 Aprel 2013 11:00 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası tərəfindən ümumilli lider Heydər Əliyevin 90 illik yubleyinin qeyd edilməsi məqsədilə geniş fəaliyyət proqramı hazırlanıb. Bu barədə Trend-ə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
YAP ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi məqsədilə geniş fəaliyyət proqramı hazırlayıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası tərəfindən ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd edilməsi məqsədilə geniş fəaliyyət proqramı hazırlanıb. Bu barədə Trend-ə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

"Əlbəttə, Yeni Azərbaycan Partiyası üçün partiyamızın yaradıcısı, xalqımızın ümumilli lideri Heydər Əliyevin doğum gününün qeyd edilməsi xüsusi əhəmiyyət kəsb edir və hər il Yeni Azərbaycan Partiyası bu əlamətdar günü böyük təntənə ilə qeyd edir. Bu il Yeni Azərbaycan Partiyası ümumilli lider Heydər Əliyevin 90 illik yubleyini qeyd etməyə hazırlaşır", deyə Əhmədov bildirib.

YAP rəsmisinin sözlərinə görə, həm Yeni Azərbaycan Partiyasının İcra Katibliyi ölkə səviyyəsində, həm yerli təşkilatları fəaliyyət göstərdikləri ərazi səviyyəsində partiyamızın qurucusunun 90 illik yübleyini yüksək şəraitdə, layiqincə qeyd edəcəklər.

"Biz düşünürük ki, ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini ifadə edən bu tədbirlər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Digər bir tərəfdən hesab edirəm ki, Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və qiymətləndirirlər ki, ümumilli liderin layiqli davamçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bu gün Azərbaycanda Heydər Əliyev siyasəti davam etməkdədir, Azərbaycanın inkişafı, yüksəlişi, həyatımızın müsbət şəkildə dəyişməsi əhəmiyyətli dərəcədə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə əlaqədardır", deyə Əhmədov qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyevin ideyaları, siyasəti bu gün də Azərbaycana, Azərbaycan xaqlına xidmət edir, xalqımız və dövlətimiz bu siyasətin həyata keçirilməsinin faydalarını görür.

"Elə bu səbəb ilə əlaqədar olaraq, bu da bir məqamdır, bir cəhətdir ki, Azərbaycan vətəndaşları Heydər Əliyevin doğum gününü həmişə yüksək təmtəraqla qeyd edirlər. Bu il yubley ili olduğundan güman edirəm ki, Heydər Əliyevin doğum gününün qeyd edilməsi daha xüsusi əlamətəri ilə seçiləcək və o cümlədən də Yeni Azərbaycan Partiyasının yübiley tədbirləri geniş vüsəti və xüsusi təntənəsi ilə əvvəlki illərdən fərqlənəcək", deyə Əhmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti