...

Prezident İlham Əliyev: Avrozonadakı maliyyə böhranının günahı əsasən siyasətçilərin məsuliyyətsizliyinin üzərinə düşür

Siyasət Materials 14 Aprel 2013 12:01 (UTC +04:00)
Avrozonada baş verən hadisələr və böhran göstərir ki, dövlətin müdaxiləsi və tənzimləməsi olmadan davamlı inkişafı təmin etmək çox çətin olacaq. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Prezident İlham Əliyev: Avrozonadakı maliyyə böhranının günahı əsasən siyasətçilərin məsuliyyətsizliyinin üzərinə düşür

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Avrozonada baş verən hadisələr və böhran göstərir ki, dövlətin müdaxiləsi və tənzimləməsi olmadan davamlı inkişafı təmin etmək çox çətin olacaq. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Mən düşünürəm ki, əlbəttə, hər birimizdə böyük illüziyalar olub. Bugünkü inkişaf mərhələsində yalnız bir - liberal-demokratik modelin mövcud olmaması ilə bağlı düşüncələr artır. Liberal-demokratik model heç onun müəllifliyinə iddia edən ölkələrdə belə yoxdur. Avrozonada baş verən hadisələr, böhran onu göstərir ki, dövlətin müdaxiləsi və tənzimləməsi olmadan davamlı inkişafı təmin etmək çox çətin olacaq", - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, maliyyə-iqtisadi böhranın günahı əsasən siyasətçilərin məsuliyyətsizliyinin üzərinə düşür. O siyasətçilər ki, mahiyyət etibarilə gələcək nəsillərin cibinə girib və heç təsəvvür də etməyiblər ki, bəlkə də əksinə olub, bu hansı nəticələrə gətirib çıxaracaq.

"Tarixi perspektiv nöqteyi-nəzərindən baxsaq, prinsip etibarilə milli və qlobal maraqların təmin olunması formalarından başqa ötən 100 il ərzində dünya siyasətində heç nə dəyişməyib. İndi sadəcə başqa formalardır, inandırmaq metodları isə həminki kimi qalıb. Bu alınmasa təyziqə keçirlər. Əgər bu da baş tutmasa, daha sərt tədbirlər görürlər. Dünyada heç nə dəyişməyib, sadəcə görkəm dəyişib. 90-cı illərdə müstəqillik qazanmış ölkələr əslində nə baş verdiyini dərk etmirdilər. Düşünürəm ki, indi ümumi rifah, hansısa strukturlara qoşulmaqla bağlı illüziya quranlar böyük məyusluq keçirirlər. Həm keçmişdə, həm də indi təsir sahələri üzrə qarşıdurmalar var. Düşünürəm ki, bu, bəzi dairələr tərəfindən çox primitiv qəbul olunur: təsir sahəsi - sənə təzim edilən yerdir. Təsir sahəsi - sənə rahat olan, sənə hörmət və dəstək olunan yerdir", - Prezident İlham Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti