...

Venesulada Çavesin varisi prezident seçkilərində qalib gəlib

Siyasət Materials 15 Aprel 2013 09:50 (UTC +04:00)
Keçmiş dövlət başçısı Uqo Çaves tərəfindən varis elan olunan Nikolas Maduro Venesuelada prezident seçkilərində qalib gəlir.
Venesulada Çavesin varisi prezident seçkilərində qalib gəlib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Keçmiş dövlət başçısı Uqo Çaves tərəfindən varis elan olunan Nikolas Maduro ilkin hesablamalara görə,Venesuelada prezident seçkilərində qalib gəlir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "RİA Novosti" agentliyi xəbər yayıb.

Ölkənin Milli Seçki Şurasının ilkin məlumatlarına görə, seçkilərdə Maduro 50,66 faiz səs qazanıb.

Şuranın rəhbəri Tibisay Luçenanın bildirdiyinə görə, ilkin hesablamalara görə, müxalifətin namizədi Enrike Kapriles seçicilərin 49,07 faizinin etimadını qazanıb.

Seçkilərdə, ümumilikdə 18,8 milyon insan iştirak edib. Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra Nikolos Maduronun tərəfdarları paytaxt Karakasın küçələrinə çıxaraq öz namizədlərinin qələbəsini bayram edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti