...

Fransa erməniləri prezidenti qondarma "soyqırım"la bağlı qanun layihəsinin qəbuluna təşəbbüs göstərməyə çağırırlar

Siyasət Materials 15 Aprel 2013 15:16 (UTC +04:00)
"Hayastan" Fransa Mədəniyyət Mərkəzi Fransa Prezidenti Fransua Ollanda ərizə göndərmək məqsədilə imza toplanmasını davam etdirir.
Fransa erməniləri prezidenti qondarma "soyqırım"la bağlı qanun layihəsinin qəbuluna təşəbbüs göstərməyə çağırırlar

Azərbaycan, Bakı, 15 aprel /Trend/

"Hayastan" Fransa Mədəniyyət Mərkəzi Fransa Prezidenti Fransua Ollanda ərizə göndərmək məqsədilə imza toplanmasını davam etdirir.

Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ərizədə Prezident seçkiqabağı vədinə əməl etməyə və Konstitusiyaya müvafiq olaraq, qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulu prosesinə təşəbbüs göstərməyə çağırılır.

Məlumata görə, imzatoplama Paris, Lion və Marseldə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti