...

Bülənt Arınç: Erməni iddialarının heç bir əsası yoxdur

Siyasət Materials 16 Aprel 2013 09:19 (UTC +04:00)
Türkiyənin baş nazirinin müavini Bülənt Arınç 1915 ci il hadisələri ilə əlaqədar olaraq ermənilərin iddalarının heç bir əsası olmadığını bildirib.
Bülənt Arınç: Erməni iddialarının heç bir əsası yoxdur

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin baş nazirinin müavini Bülənt Arınç 1915 ci il hadisələri ilə əlaqədar olaraq ermənilərin iddalarının heç bir əsası olmadığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

"1915-ci hadisələrində ermənilərin "soyqırım" haqda iddialarının heç bir əsası yoxdur", - Arınç bildirib.

Onun sözlərinə görə, 1915-ci il hadisələrinə şikayətçilərin şikayəti əsasında deyil, tarixçilərin araşdırması əsasında qiymət verilməlidir.

Baş nazirinin müavini onu da qeyd edib ki, Türkiyə bundan əvvəl də tarixi arxivləri açmağa hazır olduğunu bəyan edib.

"Türkiyədə höküməti olaraq 1915-ci il hadisələrinin araşdırılması üçün bütün arxivlərin açılmasına razıyıq. Lakin təəssüf ki, bu təklifə Ermənistan rəsmiləri hələ də cavab verməyiblər",- Arınç qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti