...

Allahşükür Paşazadə: Millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq xalqlarımızın xoşbəxt gələcəyinə aparan yollardan biridir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 16 Aprel 2013 10:21 (UTC +04:00)
Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Allahşükür Paşazadə: Millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq xalqlarımızın xoşbəxt gələcəyinə aparan yollardan biridir (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 9:55-də yayılıb)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda bu gün MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.

Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirin açılışında bildirib ki, din xadimləri əmindir ki, millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, dinc qonşuluq münasibətləri xalqlarımızın xoşbəxt gələcəyinə aparan yollardan biridir.

Paşazadənin sözlərinə görə, tədbirin mövzusu din xadimləri üçün hər zaman aktuallığını qoruyub saxlayan, diqqət mərkəzində olan məsələdir.

"Dini rəhbərlərin üzərinə düşən ali-mənəvi məsuliyyətdən çıxış edərək sözlərimiz və əməllərimizlə yüksək idealların gerçəkləşməsinə dəstək verməliyik", - deyə QMİ sədri bildirib.

Paşazadə deyib ki, MDB məkanının müsəlmanlarının tədbirinə müsəlman din xadimləri ilə yanaşı Rus Provaslav Kilsəsi, Vatikan kimi dünyanın dini mərkəzlərinin və digər konfessiyalarının təmsilçilərinin qatılması konfransın dəyərini artırır, dövlət-din münasibətlərinin yüksək səviyyədə formalaşdığı Azərbaycan dövlətinin təcrübəsinə verilən böyük dəyərin təcəssümüdür.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktubu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Həmçinin konfrans iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinin də təbrik məktubu göndərilib. Məktubu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti