...

İlham Əliyev Hacıqabulda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu

Siyasət Materials 16 Aprel 2013 10:49 (UTC +04:00)
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
İlham Əliyev Hacıqabulda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Hacıqabul rayonunda səfərdə olmuşdur.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidenti parkın ərazisində yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu.

Məlumat verildi ki, Mərkəz 2008-ci ilin mayından fəaliyyət göstərir. Ötən ilin fevralından burada aparılan yenidənqurma işlərindən sonra bina genişləndirilmiş, ümumi sahəsi 260 kvadratmetrdən 1172 kvadratmetrə çatdırılmışdır. Mərkəzdə əlavə olaraq ekspozisiya zalı, foto, xalq yaradıcılığı və rəsm studiyaları, elektron kitabxana, xarici dil mərkəzi, konfrans və kino zalları yaradılmışdır. Bu, rayon gənclərinin ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, eləcə də bilik və bacarıqlarının artırılması, xarici dillərə yiyələnməsi, elektron kitabxanalardan geniş istifadə etməsi üçün geniş imkan açır.

Mərkəzdə ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində və ölkəmizin müstəqilliyi dövründə Hacıqabula səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanmışdır. Xalq yaradıcılıq studiyasında gənclər qədim və müasir xalçaçılıq, toxuculuq, naxışvurma sənətinin sirlərinə yiyələnəcəklər. Mərkəzdə fəaliyyət göstərəcək rəsm studiyası rayon gənclərinin rəssamlıq sənəti ilə məşğul olmalarına imkan yaratmaqla yanaşı, həm də onların istedadlarını nümayiş etdirmələri üçün geniş imkanlar açır. Heydər Əliyev Mərkəzinin xarici dil bölməsində gənclər ingilis, fransız, rus, alman dillərini öyrənə biləcəklər. Bunun üçün onlar bölmədə quraşdırılan müasir texniki vasitələrdən istifadə edəcəklər. Burada yaradılan avtomatlaşdırılmış kitabxanada informasiya sistemindən istifadə edilir. Kitabxanada xüsusi sistemin köməyi ilə elektron kataloq yaradılmışdır. Bu sistemdə hazırda on baza fəaliyyət göstərir. Burada, həmçinin "Ümummilli lider", " Yeni kitablar", "Retro kitablar", "Dövri mətbuat", "Diyarşünaslıq", "Elektron resurslar CD - DVD" adlı biblioqrafik məlumat bazaları yaradılmış, Azərbaycan Respublikasının qanunlarının, Prezidentin Fərman və sərəncamlarının tam mətnləri elektron kitabxananın tərkib hissəsi olan bazada yerləşdirilmişdir. Oxucular istər lokal, istərsə qlobal şəbəkədə qanunların, fərmanların və sərəncamların tam mətnini əldə edə bilərlər. Kitabxananın bütün elektron resursları sistemin veb modulu vasitəsilə dünya informasiya məkanına çıxarılır. Kitabların elektron kataloqu və dövri mətbuatın elektron kartotekaları hazırlanır və oxucuların istifadəsinə verilir.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev parkını gəzdi.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyevə məlumat verdi ki, parkda 2011-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanmışdır. Ümumi sahəsi 1,5 hektar olan parkda rayon sakinlərinin istirahətinin təmin edilməsi üçün geniş imkanlar yaradılmışdır. Burada uşaq əyləncə və istirahət mərkəzi, 320 yerlik yay teatrı və kafe inşa edilmişdir. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti