...

İlham Əliyev Barak Obamaya başsağlığı verdi

Siyasət Materials 16 Aprel 2013 15:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı məktubu ünvanlayıb.
İlham Əliyev Barak Obamaya başsağlığı verdi

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", İlham Əliyev başsağlığı məktubunda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti