...

Əli Həsənov: Azərbaycanda Prezidentin səlahiyyətinin 7 ilədək artırılması təşəbbüsləri yoxdur

Siyasət Materials 17 Aprel 2013 11:42 (UTC +04:00)
Azərbaycanda Prezidentin səlahiyyətinin 7 ilədək artırılması təşəbbüsləri yoxdur və buna ehtiyac da yoxdur. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend-in əməkdaşının bəzi KİV-də Azərbaycan hakimiyyətinin Prezidentin səlahiyyətinin 7 ilədək artıracağı ilə bağlı yayılan məlumatlara dair sualını cavablandırarkən deyib.
Əli Həsənov: Azərbaycanda Prezidentin səlahiyyətinin 7 ilədək artırılması təşəbbüsləri yoxdur

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Prezidentin səlahiyyətinin 7 ilədək artırılması təşəbbüsləri yoxdur və buna ehtiyac da yoxdur. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend-in əməkdaşının bəzi KİV-də Azərbaycan hakimiyyətinin Prezidentin səlahiyyətinin 7 ilədək artıracağı ilə bağlı yayılan məlumatlara dair sualını cavablandırarkən deyib.

"Bu, tamamilə yalnış məlumatdır. Azərbaycan Respublikasının siyasi sistemi, Prezdent, Parlament və məhkəmə hakimiyyətinin səlahiyyətləri, bölgü prinsipləri Azərbaycan Konstitusiyasında əks olunub. Belə təşəbbüslər yoxdur və buna ehtiyac da yoxdur. Əgər gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldırarlarsa, bunu referendum yolu ilə həll etmək olar. Hazırda isə belə bir təşəbbüs yoxdur, bu dezinformasiyadır", - Əli Həsənov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti