...

Əli Həsənov: "Daş yuxular" romanı Azərbaycan xalqına, milli maraqlarımıza hələ çox zərbələr vuracaq

Siyasət Materials 17 Aprel 2013 11:49 (UTC +04:00)
"Daş yuxular" romanı Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına, bizim milli maraqlarımıza, dövlətçilik maraqlarımıza hələ çox zərbələr vuracaq.
Əli Həsənov: "Daş yuxular" romanı Azərbaycan xalqına, milli maraqlarımıza hələ çox zərbələr vuracaq

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

"Daş yuxular" romanı Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına, bizim milli maraqlarımıza, dövlətçilik maraqlarımıza hələ çox zərbələr vuracaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Əkrəm Əylislinin "Daş Yuxular" romanın erməni dilinə tərcümə olunması və Ermənistanda səhnələşdirilməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

"Bundan sonrakı bütün Azərbaycan nəsilləri bu mənfur əsərin ağrısını çəkəcəklər. Bütün dövrlərdə Ermənistan dövləti, onun ideoloji strukturları, erməni diasporu Əkrəm Naibovun antiazərbaycan mövqeyindən bizə qarşı istifadə edəcək. Biz hazır olmalıyıq və buna real faktlarla, həqiqətlərlə cavab verməliyik", - Həsənov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti