...

Azərbaycanın hakim partiyası müxalifəti dezinformasiyalar yaymaqda ittiham edib

Siyasət Materials 17 Aprel 2013 12:50 (UTC +04:00)
Azərbaycanda müxalifətin nəzarətində olan mətbuat orqanlarında çox tez-tez dezinformasiyalara rast gəlmək olur. Trend-in məlumatına görə, bu barədə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov bəzi müxalif KİV-də Azərbaycan hakimiyyətinin Prezidentin səlahiyyətinin 7 ilədək artıracağı ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
Azərbaycanın hakim partiyası müxalifəti dezinformasiyalar yaymaqda ittiham edib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda müxalifətin nəzarətində olan mətbuat orqanlarında çox tez-tez dezinformasiyalara rast gəlmək olur. Trend-in məlumatına görə, bu barədə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov bəzi müxalifət KİV-də Azərbaycan hakimiyyətinin Prezidentin səlahiyyətinin 7 ilədək artıracağı ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Əhmədov qeyd edib ki, Azərbaycan Konstitusiyasına əsasən, Azərbaycan Prezidentinin səlahiyyət müddəti 5 il müəyyən edilib və bununla əlaqədar hər hansı bir dəyişikliyin həyata keçirilməsi yalnız Konstitsiyada dəyişiklik edilməsi ilə mümkündür. Konstitusiyada dəyişiklik isə referendum yolu ilə ola bilər.

"Hazırda belə bir proqram yoxdur, biz indi partiya olaraq qarşıdan gələn prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsi vəzifələri ilə məşğuluq. Digər məsələlər reallığa uyğun deyil", - Əhmədov deyib.

O qeyd edib ki, Azərbaycanda oturuşmuş siyasi sistem mövcuddur və Prezidentin 5 illik səlahiyyət müddəti kifayət qədər optimal bir variantdır, dünya praktikasılnda da əksər yerlərdə məhz belədir.

"Qarşıdan gələn prezident seçkiləri kampaniyasında isə söhbət yalnız prezident seçkilərinin keçirilməsindən gedir. Müxalifət KİV-i bunu yalnız dezinformasiya məqsədi ilə yayıb və indiyə qədər onların yazdıqları dezinformasiyalar ictimai rəydə hər hansı bir təlatüm yarada bilmədiyi kimi, bu gün də yaydıqları informasiyalar ictimai rəyin hansısa bir istiqamətdə dəyişdirilməsinə gətirib çıxarmayacaq", - Əhmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti