...

Əli Əhmədov YAP-ın Yasamal rayon fəalları ilə görüşüb

Siyasət Materials 17 Aprel 2013 13:50 (UTC +04:00)
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov partiyanın Yasamal rayon fəalları ilə görüşüb. Trend-in məlumatına görə, görüşün məqsədi qarşıdan gələn prezident seçkilərini yüksək fəallıq şəraitində keçirilməsinı təmin etməkdən ibarətdir.
Əli Əhmədov YAP-ın Yasamal rayon fəalları ilə görüşüb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, deputat Əli Əhmədov partiyanın Yasamal rayon fəalları ilə görüşüb. Trend-in məlumatına görə, görüşün məqsədi qarşıdan gələn prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsinı təmin etməkdən ibarətdir.

Əhmədov qeyd edib ki, seçki ilə əlaqədar YAP mütəmadi olaraq yerlərdə fəalları ilə görüşlər keçirməyə başlayıb.

Əhmədov bildirib ki, YAP-ın prezident seçkilərində namizədi birmənalı olaraq Prezident İlham Əliyevdir.

O əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində İlham Əliyev birmənalı olaraq qalib olacaq.

"Onun qələbəsini Azərbaycan xalqı təmin edəcək və partiya olaraq bizim vəzifəmiz də seçki kampaniyasını yüksək səviyyədə keçirmək, öz töhfəmizi verməkdir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə Prezident kimi görmək istəyir", - Əhmədov deyib.

O vurğulayıb ki, insanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə çoxalması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

"Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib və xalq növbəti beş ildə də İlham Əliyevi Prezident görmək istəyir", - Əhmədov deyib.

Əhmədov Yasamal fəallarına qarşıdan gələn seçkilərdə daha aktiv iştirak etməyi, fəal təbliğatçılıqla məşğul olmağı tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti