...

"Frontex" Agentliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlığa dair işçi saziş imzalayıblar

Siyasət Materials 17 Aprel 2013 14:50 (UTC +04:00)
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa agentliyi ("Frontex") və Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) dünən işçi saziş imzalayıblar. Bu barədə Trend çərşənbə günü "Frontex"i saytına istinadən məlumat verir.
"Frontex" Agentliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlığa dair işçi saziş imzalayıblar

Azərbaycan, Bakı, 17 aprel/Trend, müxbir E. Tariverdiyeva/

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa agentliyi ("Frontex") və Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) dünən işçi saziş imzalayıblar. Bu barədə Trend çərşənbə günü "Frontex"i saytına istinadən məlumat verir.

Məlumata görə, imzalanma mərasimində "Frontex"in icraçı direktoru İlkka Laitinen və DSX-in rəisi, general-leytinant Elçin Quliyev iştirak ediblər.

İmzalanma mərasimi "Frontex"in Varşavadakı mənzil-qərargahında keçirilib.

İşçi sazişin əsas bəndləri informasiya mübadiləsi və risklərin təhlili sahəsində tədbirlərin görülməsi, sərhəd idarəetməsilə bağlı tədris, araşdıma, həmçinin sərhəd nəzarəti üzrə birgə operativ tədbirlər və pilot layihələrinin hazırlanması və əlaqələndirilməsindən ibarətdir. Həmçinin saziş sərhəd nəzarətinin səmərəli prosedurlarının işlənib hazırlanması məqsədilə təcrübə mübadiləsi, texniki imkanların genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsini nəzərdə tutur. Sazişin əsas məqsədi Avropa İttifaqı üzvü olan dövlətlərin və Azərbaycanın sərhəd xidmətləri arasında fəaliyyət və əməkdaşlığın yaxşılaşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti