...

Ermənistan Macarıstanla münasibətlərin normallaşdırılmasına hazırdır

Siyasət Materials 17 Aprel 2013 16:09 (UTC +04:00)
Ermənistan Macarıstanla münasibətlərin normallaşdırılmasına hazırdır.
Ermənistan Macarıstanla münasibətlərin normallaşdırılmasına hazırdır

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ermənistan Macarıstanla münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla birgə mətbuat konfransında Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbandyan bildirib.

"Lakin Macarıstan bununla əlaqədar müvafiq addımlar atmalıdır", - Nalbandyan deyib.

Xatırladaq ki, ötən il avqustun 31-də rəsmi Budapeştin azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası barədə qərarından sonra Ermənistan Macarıstanla münasibətləri kəsib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti