...

Hacıqabul rayonuna maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 17 Aprel 2013 19:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Hacıqabul rayonuna maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Hacıqabul Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti