...

Azərbaycan XİN rəhbəri İsrailə səfər edəcək

Siyasət Materials 18 Aprel 2013 11:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də İsrailə rəsmi səfər edəcək.
Azərbaycan XİN rəhbəri İsrailə səfər edəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də İsrailə rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə "İzrus" saytı xəbər yayıb.

Nəşrin məlumatına görə, səfər çərcivəsində bir sıra görüşlərin keçiriləcəyi nəzərdə tutulub. Görüşlərdə yalnız ikitərəfli münasibətlərin gücləndirilməsi deyil, həmçinin İran və Türkiyə mövzuları da müzakirə olunacaq.

Azərbaycan XİN rəhbərinin görüşəcəyi birinci rəsmi İsrail nümayəndəsi xarici siyasət və müdafiə üzrə parlament kommisiyasının sədri Aviqodor Liberman olacaq.

Libermanla görüşdən sonra Elmar Məmmədyarov Fələstin dövlətinin rəhbərliyi ilə görüşmək üçün Ramallaha gedəcək. Aprelin 22-də Məmmədyarovun İsrail Prezidenti Şimon Peres, XİN rəhbərinin müavini Zeev Elkinlə görüşü və "Yad Vaşem" xatirə kompleksini ziyarət edəcəyi planlaşdırılır.

Həmin gün axşam Azərbaycanın XİN rəhbəri Təl-Əvivdə bir sıra məşhur yəhudi və İsrail iş adamları və xeyriyyəçiləri ilə görüşəcək. Aprelin 23-də Elmar Məmmədyarov bir sıra İsrail şirkətlərinə baş çəkəcək, aprelin 24-də isə, Baş nazir Benyamin Netanyahu ilə görüşəcək və Knessetə baş çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti