...

Azərbaycanın iki müxalifət partiyası bir araya gəldi

Siyasət Materials 18 Aprel 2013 16:27 (UTC +04:00)
Bu gün müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib.
Azərbaycanın iki müxalifət partiyası bir araya gəldi

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib.

VİP-dən Trend-ə verilən məlumata görə, partiya sədrlərinin ADP-nin qərargahında baş tutan görüşündə ölkədaxili vəziyyət və yaxın regionda cərəyan edən proseslər diqqət mərkəzində olub.

Prezident seçkiləri ərəfəsində ölkədə və xüsusilə, müxalifət düşərgəsində yaranmış durumu ətraflı müzakirə edən Cəlaloğlu və Əliyev hakimiyyətə əks siyasi qüvvələrin bir araya gəlmək təşəbbüslərinin hələ də baş tutmamasını təəssüf doğuran hal kimi qiymətləndiriblər.

Mövcud şəraitdə ADP və VİP arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan partiya sədrləri geniş spektr üzrə məsləhətləşmələrin davam etdirilməsini qərara alıblar.

Cəlaloğlu ilə Əliyev apardıqları müzakirələrdə ötən ilin sonlarından etibarən Azərbaycana yönəlik neqativ məzmunda güclənərək artıq təhdidedici xarakter alan Rusiya faktoruna xüsusi diqqət yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti