...

PKK yaraqlılarının daha bir hissəsi Türkiyənin ərazisini tərk edir

Siyasət Materials 19 Aprel 2013 13:24 (UTC +04:00)
PKK yaraqlıların daha bir hissəsi, Türkiyənin Qara dəniz sahillərində Ərzurum regionlarında yerləşən kiçik qruplaşmalar ölkə ərazisini tərk edir.
PKK yaraqlılarının daha bir hissəsi Türkiyənin ərazisini tərk edir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir R.Hafizoğlu/

PKK yaraqlıların daha bir hissəsi, Türkiyənin Qara dəniz sahillərindəki Ərzurum regionunda yerləşən kiçik qruplaşmalar ölkə ərazisini tərk edir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Haber7" telekanalı xəbər yayıb.

Telekanalın verdiyi məlumata görə, yaraqlıların bu hissəsi Türkiyə-İraq sərhədində olan digər qruplaşmalara qoşulacaq və xüsusi olaraq ayrılan dəhliz vasitəsilə İraqın şimal ərazisinə keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti