...

Elmar Məmmədyarov Yaxın Şərqə səfəri zamanı ikitərəfli münasibətləri müzakirə edəcək

Siyasət Materials 19 Aprel 2013 13:52 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə qarşıdakı səfəri zamanı ölkənin bu regionla gələcək münasibətlərini müzakirə edəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
Elmar Məmmədyarov Yaxın Şərqə səfəri zamanı ikitərəfli münasibətləri müzakirə edəcək

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir S. Ağayeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə qarşıdakı səfəri zamanı ölkənin bu regionla gələcək münasibətlərini müzakirə edəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərqdə baş verən hadisələri izləyir və həmişə bu regiona böyük diqqətlə yanaşıb. XİN rəhbərinin regiona səfəri çərçivəsində nazirin Təl-Əviv və Ramallahda rəsmi şəxslərlə bir sıra görüşləri planlaşdırılıb", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Fələstin xalqına dəstəyin göstərilməsi məsələsi həmişə rəsmi Bakının diqqət mərkəzində olub.

"Bizim bu məsələ üzrə mövqeyimiz dəyişməzdir. Biz, Fələstini bütün beynəlxalq təşkilatlarda dəstəkləyirik" , - Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, nazirin səfəri zamanı hər hansı ikitərəfli sənədin imzalanması planlaşdırılmır.

"Bundan başqa, hazırda Azərbaycanın Təl-Əviv və ya Ramallahda səfirliyinin açılması ilə bağlı heç bir qərar yoxdur" , - Abdullayev bir sıra KİV-in məlumatını şərh edərkən deyib.

Qeyd edək ki, Elmar Məmmədyarov aprelin 21-də rəsmi səfərlə Yaxın Şərq regionuna yollanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti