...

Azərbaycan XİN Bakının Suriya hakimiyyəti üçün əsginazların keçirilməsində iştirakını təkzib edir

Siyasət Materials 19 Aprel 2013 14:17 (UTC +04:00)
Suriya hakimiyyətindən Azərbaycan tərəfinə əsginazların tranziti üçün ölkənin hava məkanından istifadə edilməsi üzrə heç bir müraciət daxil olmayıb. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.
Azərbaycan XİN Bakının Suriya hakimiyyəti üçün əsginazların keçirilməsində iştirakını təkzib edir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir S. Ağayeva/

Suriya hakimiyyətindən Azərbaycan tərəfinə əsginazların tranziti üçün ölkənin hava məkanından istifadə edilməsi üzrə heç bir müraciət daxil olmayıb. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.

Abdullayevin sözlərinə görə, Azərbaycan, bir sıra KİV-in iddia etdiyi kimi Suriyaya dizel yanacağı da satmayıb.

Qeyd edək ki, daha əvvəl bir sıra KİV-də əsginzaların Rusiyadan Suriyaya qanunsuz tranziti üçün Azərbaycanın öz hava məkanını təqdim etməsi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti