...

Ermənistan və Litva hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 19 Aprel 2013 16:12 (UTC +04:00)
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Seyran Ohanyan Litvaya rəsmi səfəri çərçivəsində litvalı həmkarı Yuozas Olekas ilə görüşüb.
Ermənistan və Litva hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Seyran Ohanyan Litvaya rəsmi səfəri çərçivəsində litvalı həmkarı Yuozas Olekas ilə görüşüb.

Trend-in cümə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, tərəflər iki ölkə arasında hərbi əməkdaşlığı yüksək qiymətləndiriblər.

Görüşdə kiber-təhlükəsizlik, insan resurslarının idarə edilməsi və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın yaradılması və inkişafı barədə razılaşmalar əldə edilib.

Tərəflər Aİ və NATO çərçivəsində əməkdaşlığın perspektivlərinin vacibliyini qeyd edib və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti