...

Ermənistan prezidentliyinə keçmiş namizəd haqqında ilkin istintaq işi başa çatdırılıb

Siyasət Materials 19 Aprel 2013 16:21 (UTC +04:00)
Ermənistan prezidentliyinə keçmiş namizəd Vardan Sedrakyan haqqında ilkin istintaq işi başa çatdırılıb.
Ermənistan prezidentliyinə keçmiş namizəd haqqında ilkin istintaq işi başa çatdırılıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Ermənistan prezidentliyinə keçmiş namizəd Vardan Sedrakyan haqqında ilkin istintaq işi başa çatdırılıb. Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Sedrakyanın hüquqlarını müdafiə edən "Sirunyan" hüquq bürosunun rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.

Sedrakyan öz həmkarı Paruyr Hayrikyana sui-qəsd faktı üzrə cinayət işi ilə bağlı həbs edilib.

"Ermənistan Milli Təhlükəsizlik Xitmətinin İstintaq İdarəsi cinayət işinin materiallarının surətini bizə təqdim edib. Hazırda onlara baxılır. Növbəti həftə şərhlər veriləcək", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti