...

Almaniyanın daxili işlər naziri ictimai yerlərdə video müşahidə kameralarının sayının artırılmasına çağırış edib

Siyasət Materials 21 Aprel 2013 05:21 (UTC +04:00)
ABŞ-da baş vermiş terror aktından sonra Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix ictimai yerlərdə video müşahidə kameralarının sayının artırılmasına çağırış edib.
Almaniyanın daxili işlər naziri ictimai yerlərdə video müşahidə kameralarının sayının artırılmasına çağırış edib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

ABŞ-da baş vermiş terror aktından sonra Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix ictimai yerlərdə video müşahidə kameralarının sayının artırılmasına çağırış edib. Trend-in RBK-ya istinadən verdiyi xəbərdə deyilir ki, alman nazir ağır cinayətlərin üstünün açılması üçün video müşahidə kameralarının istifadəsinin vacibliyini qeyd edib.

O, xatırladıb ki, limanlarda və vağzallarda video müşahidə gücləndirilib.

Nazir eyni zamanda, bildirib ki, kütləvi tədbirlərdə 100 faizlik təhlükəsizliyi təmin etmək mümkün deyil.

"Əlbəttə ki, insanların sıx toplaşdığı yerlərdə potensial təhdidlərin olmasını inkar etmirik" - deyə Hans-Peter Fridrix əlavə edib.

Xəbər lenti

Xəbər lenti