...

Bakıda kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair regional təlimlər başlayıb

Siyasət Materials 22 Aprel 2013 11:25 (UTC +04:00)
Bakıda Şərqi Avropa ölkələrinin gömrük qurumlarının nümayəndələri üçün kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair regional təlimlər başlayıb.
Bakıda kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair regional təlimlər başlayıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda Şərqi Avropa ölkələrinin gömrük qurumlarının nümayəndələri üçün kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair regional təlimlər başlayıb.

Trend-in məlumatına görə, təlimlər Azərbaycan Xarici İşlər Nazirliyi və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQOT) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin açılış mərasimində çıxış edən KSQOT Katibliyinin nümayəndəsi Mina Senior-Farres təmsil etdiyi təşkilat ilə Azərbaycanın kimyəvi silahların qadağan olunmasına dair Konvensiyanın müddəalarının yerinə yetirilməsi sahəsində məhsuldar əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Dünya dövlətlərinin 98 faizinin bu Konvensiyanı ratifikasiya etdiyini xatırladan Senior-Farres qeyd edib ki, Konvensiyaya qoşulan ölkələrin öhdəliklərinə əsasən, kimyəvi vasitələrin ticarəti, həmçinin bu ölkələrin ərazisindən keçirilən kimyəvi vasitələr monitorinq altında olmalıdır.

Qeyd edək ki, aprelin 26-da başa çatacaq treninqlərdə Makedoniya, Rumıniya, Ukrayna, Serbiya, Moldova, Monteneqro, Azərbaycan və digər ölkələrin gömrük strukturlarının nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti