...

İsrail Azərbaycanla əməkdaşlığı genişləndirilmək niyyətindədir

Siyasət Materials 22 Aprel 2013 12:17 (UTC +04:00)
İsrail Azərbaycanla əməkdaşlığı genişləndirilmək niyyətindədir
İsrail Azərbaycanla əməkdaşlığı genişləndirilmək niyyətindədir

Azərbaycan, Bakı, 22 aprel / Trend müxbir M.Əliyev/

İsrail Azərbaycanla əməkdaşlığı genişləndirilmək niyyətindədir.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman nazir Elmar Məmmədyarovla görüşdə qeyd edib.

Liberman Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu qeyd edərək, bunun nəticəsində ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini bildirib. İsrail rəsmisi bir çox sahələrdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə turizm və parlamentlərarası münasibətlərin perspektivləri müzakirə edilib. Aviqdor Liberman Azərbaycanın regionun inkişafında rolunu xüsusi vurğulayıb.

Görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılmışdır. Nazir Elmar Məmmədyarov münaqişənin ədalətli həllinə nail olunacağına əminliyini vurğulayıb və beynəlxalq ictimaiyyətin status kvonun dəyişdirilməsi zəruriliyini, həmçinin, status kvonun dəyişməz qalmasının regionun inkişafına əngəl törətdiyini dərk etdiyini bildirib.

Görüşdə eyni zamanda Yaxın Şərqdə gedən proseslər diqqət mərkəzində olub. Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini qeyd etmişdir. Azərbaycanın xarici işlər naziri ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti