...

İlham Əliyev Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Siyasət Materials 22 Aprel 2013 12:29 (UTC +04:00)
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
İlham Əliyev Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib  (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı parkın ərazisində inşa edilmiş Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, parkda əsaslı təmir işləri dövlətimizin başçısının 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilmişdir. Park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilmişdi. Təmir işləri zamanı qanunsuz tikililər sökülmüşdür. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, 40-a yaxın oturacaq qoyulmuş, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılmışdır. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənmişdir.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdü. Sakinlər adından çıxış edən Yaqub Vəliyev dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti