...

Ərdoğan ABŞ-ın imtina çağırışına rəğmən Qəzzaya səfər edəcək

Siyasət Materials 22 Aprel 2013 13:48 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın səfərdən imtina çağırışına baxmayaraq, Qəzzaya getmək niyyətindədir.
Ərdoğan ABŞ-ın imtina çağırışına rəğmən Qəzzaya səfər edəcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın səfərdən imtina çağırışına baxmayaraq, Qəzzaya getmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Hürriyyət" qəzeti diplomatik mənbəyə istinadən xəbər verir.

"ABŞ-ın Qəzzaya səfərdən imtina çağırışı bizim üçün yeni bir şey deyil. Bu, Birləşmiş Ştatların normal reaksiyasıdır. Ərdoğanın səfər proqramı Vaşinqtonun reaksiyasına görə dəyişməyib" , - mənbə qeyd edib.

Qeyd edək ki, Ərdoğanın Qəzzaya səfəri mayın 16-da ABŞ-a rəsmi səfərindən sonra gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti