...

Nalbandyan Rusiyaya gedir

Siyasət Materials 22 Aprel 2013 16:31 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə aprelin 25-26-da Rusiyaya rəsmi səfər edəcək.
Nalbandyan Rusiyaya gedir

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə aprelin 25-26-da Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, xarici işlər nazirləri Ermənistan-Rusiya strateji əməkdaşlığının inkişafına istiqamətlənmiş addımları müzakirə edəcək, gündəlikdə duran bir sıra regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Nalbandyanın RF Federal Şurasının rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Bundan başqa, Ermənistan XİN rəhbəri Rusiya Diplomatik Akademiyasının professor-müəllim heyəti qarşısında çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti