...

AŞ Nazirlər Komitəsinin sədri: Ermənistan və Azərbaycan arasında olan münaqişə Avropa Şurasını ən çox narahat edən problemlərdəndir

Siyasət Materials 22 Aprel 2013 22:09 (UTC +04:00)
Ermənistan və Azərbaycan arasında olan münaqişə Avropa Şurasını ən çox narahat edən problemlərdəndir.
AŞ Nazirlər Komitəsinin sədri: Ermənistan və Azərbaycan arasında olan münaqişə Avropa Şurasını ən çox narahat edən problemlərdəndir

Fransa, Strasburq, 22 aprel/ Trend, müxbir A.Məhərrəmli/

Ermənistan və Azərbaycan arasında olan münaqişə Avropa Şurasını ən çox narahat edən problemlərdəndir. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ilk iş günündə Andoranın Xarici İşlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Jilber Saboya Sunye Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Nazirlər Komitəsinin hesabat məruzəsindən sonra Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətlə əlaqədar ona ünvanladığı suala cavabında deyib.

Millət vəkili R.Hüseynovun ona ünvanladığı "Yaxşı məlumdur ki, Ermənistan müxtəlif xarici qüvvələr və dövlətlərin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək 20 ildən artıq müddətdə nəzarətdə saxlamaqdadır. Avropa Şurası üzvlüyünə qəbul edilərkən Ermənistanın imzaladığı öhdəliklərdən biri də münaqişənin diplomatik vasitələrlə həll edilməsi məsələsidir. Lakin Ermənistan mütəmadi olaraq problemin dinc yolla həllinə maneələr yaradır, təxribat xarakterli, qızışdırıcı addımlar atır. Belə yolverilməz və təhlükəli hərəkələrdən biri 2013-cü ilin fevralın 21-də edilmişdir. Azərbaycanın zəbt edilmiş Xankəndi şəhərinə aid olan Kosalar və Qeybalı yaşayış məntəqələri arasında Ermənistan, xarici dövlətlə birgə 4 min nəfərin işləməsi nəzərdə tutulan nəhəng silah zavodunun təməli qoyularaq tikintisinə başlamaq qərarı verilmişdir. Nazirlər Komitəsi sülh prosesinə ciddi zərbə ola biləcək və Azərbaycanla Ermənistan arasında hərbi qarşədurmaya təhrik edən bu təşəbbüsün qarşısının alınması üçün öz səlahiyyətləri çərçivəsində hansı tədbirləri görə bilər?" sualına AŞ NK-nin sədri belə cavab verib:

"Ermənistan və Azərbaycan arasında olan münaqişə Avropa Şurasını ən çox narahat edən problemlərdəndir. Bu ilin martında Yerevana, aprel ayında Bakıya səfəri zamanı Nazirlər Komitəsinin missiyası bu məsələni növbəti dəfə bütün ciddiyyəti ilə müzakirə etmişdir. Ermənistan və Azrbaycan Avropa Şurasına üzvlüyə qəbul edilərkən münaqişənin sülh yolu ilə həllinə nail olacqlarını əsas öhdəliklərindən biri kimi imzalamışlar. Avropa Şurası hər iki tərəfdən bu öhdəliyə sadiq olmalarını istəyir. Ona görə də münaqişənin kəskinləşməsinə yönələn istənilən cəhd narahatlıq doğurur və Avropa Şurasının Nazirlər Komitəsi bunları pisləyir, Nazirlər Komitəsi münaqişənin sülh yolu ilə həllinə maneələr yaradan belə arzuolunmaz təşəbbüslərin aradan qaldırılması üçün bütün səylərini sərf etmək əzmindədir".

Sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib: "Cənab sədr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu bu günə kimi məcburi köçkünlərin öz evlərinə dönə bilməsi istiqamətində heç bir nəticə əldə edə bilməmişdir. Avropa Şurası məkanında yaşayan 100 minlərlə azərbaycanlı köçkünlər Avropa Şurası Parlament Assamleyacı, Nazirlər Komitəsi onların öz evlərinə dönə bilməsinə kömək göstərilməsini, AŞPA-nın qəbil etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsini istəyirlər. Bir sədr kimi sizin fikrinizcə Avropa Şurası bu istiqamətdə hansı addımlar atmalıdır? Nazirlər Komitəsinin sədri kimi sizin fikirlərinizi bilmək istərdik. Sizin bir sədr kimi, Avropa Şurasının bir üzvü olan Azərbaycanın torpaqlarının qurumun digər üzvü olan Ermənistan tərəfindən işğal olunmasına və onun davam etməsinə sədr kimi münasibətiniz necədir?".

Andorralı nazir cavabinda qeyd edib ki, Nazirlər Komitəsi bu istiqamətdə öz mövqeyini dəfələrlə bəyan edib.

"Nazirlər Komitəsinin nümayəndə heyəi bu yaxınlarda Azərbaycana səfər etmişdir. Ölkənizdəki vəziyyəti diqqətlə izləyirik. Əlbəttə, Nazirlər Komitəsi lazım gəldikdə hər cür yardım göstərməyə hazırdır. Münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtması məsələsinə gəldikdə Nazirlər Komitəsi bu istiqamətdə öz mövqeyini dəfələrlə bəyan etmişdir" - NK-nin sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti